Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Brinatiya Xarici İşlər Nazirliyində BMT və Əməkdaşlıq İşləri üzrə nazir, lord Əhməd Uimbldonslu bəyan edib.
“Böyük Britaniya rəhbərliyi müəyyən edib ki, Rusiya hökuməti, xüsusən də rusiyalı hərbçilər “NotPetya” virusu vasitəsilə həyata keçirilən hücuma görə məsuliyyət daşıyırlar”, - deyə nazir bildirib.
O qeyd edib ki, bu virusa görə Avropa şirkətləri yüzlərlə milyon funt sterlinq vəsait itirib.
“Kreml Rusiyanı Qərbə qarşı qoyur – bu, doğru yol deyil”, - deyə lord vurğulayıb.
Ağalar Qəribov
Ordu.az