Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bəyan edib.
Onun sözlərinə görə, nazirlər ikitərəfli əlaqələrin möhkəmlənməsi, regionda aqressiyanın qarşısının alınmasına yönələn siyasi addımları müzakirə ediblər.
“Mettis Maerika qoşunlarının Polşa ərazisində yerləşdirilməsinə razılıq verildiyi, həmçinin Varşavanın qlobal və regional təhlükəsizliyin möhkəmlənməsindəki roluna görə Blaşaka təşəkkür edib. Pentaqon rəhbəri bəyan edib ki, öz silahlı qüvvələrinə necə yatırım etmək məsələsində Polşa əsl nümunədir”, - deyə Uayt bildirib.
Ağalar Qəribov
Ordu.az