Vanadzor ofisinin rəhbəri: "Ölüm faktları ilə bağlı rəsmi açıqlamalar reallıqdan çox uzaqdır"

2018/02/arthur-sakunts_0324_1516983669_1518626047.jpg
Oxunub: 348     20:32     14 Fevral 2018    
Ötən gün Ermənistan hərbi prokuroluğunda 2017-ci ilin yekunlarına həsr olunan iclas zamanı hərbi prokuror bəyan edib ki, 2017-ci ildə orduda cinayətkarlıq azalıb. Keçən il 1207 cinayət faktı qeydə alınıb ki, bu da 2016-cı il göstəriciləri ilə müqayisədə 11.1 % azdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Ermənistan hərbi prokurorluğunun məlumatlarının yalan olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində ölüm faktları ilə bağlı rəsmi açıqlamalar reallıqdan çox uzaqdır.

"Tezliklə biz 2017-ci ildə orduda baş verən ölüm faktları ilə bağlı yenilənmiş məlumat açıqlayacağıq. Yanvar ayında açıqladığımız məlumatda 60 ölüm hadisəsi barədə bildirsək də, təəssüf ki, ölüm halları bundan çoxdur. Orduda qulluq etməyin təhlükəsiz olduğuna inanmıram. Əgər orduda xidmət təhlükəsiz olsaydı, bu qədər ölüm faktları baş verməzdi. Xəstə olan çağırışçılar orduya aparılır.

Məhz hərbi prokurorluğun da təsdiq etdiyi kimi, orduda daha çox qarşılıqlı münasibət qaydalarının pozulması faktı tez-tez baş verir. Bu da xəstə hərbi qulluqçuların orduya çağırılması, onların üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirə bilməməsi səbəbindən ortaya çıxan problemlərə görə baş verir. Korrupsiya riskləri azaldılmayınca vəziyyət yaxşılığa doğru dəyişə bilməz. Ordunu tərk edənlərin qarşısını almaq məqsədilə zabit və müqaviləli hərbi qulluqçuların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır.

Hərbi hissələrdə korrupsiyanın olmasının inkaredilməz nümunəsi, əsasən valideynlər tərəfindən əsgərlərin qida və gigiyena vasitələri ilə təmin edilməsidir. Prokurorluq belə problemlər barədə danışmaq və səbəblərinin aradan qaldırılması ilə məşğul olmaq əvəzinə susur.

Əksinə prokurorluq silahlı qüvvələrdə cinayətkarlığın 2016-cı ildə baş verənlərlə müqayisədə, 97.8 %-nin açılması ilə fəxr edir", - deyə o bildirib.

Artur Sakuntsun sözlərinə görə, reallıq deyilənləri əks etdirmir. O, yüksək vəzifəli hərbi qulluqçuların iştirakı ilə baş verən cinayətlərin açılmadığını qeyd edib. Sakunts konkret olaraq, Tavuş vilayətindəki Coğasi su anbarında dövlətə 2.5 milyon dollar ziyan vurulması ilə müşayiət olunan su pompası qurğularının oğurlanması faktını xatırladıb: "2010-2011-ci illərdə su stansiyasındakı qurğular sökülərək İrana aparılıb, ancaq cinayətkarlar hələ də aşkar ediməyib. Əldə edilən məlumata görə, bu oğurluq faktı ilə baş qərargah rəisinin keçmiş müavini general Haykaz Bağmanyanın əlaqəsi olub.

2016-ci il aprel döyüşlərindən sonra həbs edilənlərin cəzasiz qalması davam edir. Məsələn silahlandırma rəisi-idarə rəisi general Mels Çilinqaryan həbsindən qısa vaxt sonra azadlığa buraxılıb".

Hüquq müdafiəçisi Artur Sakunts orduda korrupsiyaya görə Ermənistan müdafiə nazirliyinin məsuliyyət daşıdığını deyib. O, Vigen Sarkisyanın hansı quruma rəhbərlik etdiyini dərk etmədiyini bildirib.

"Bu onun qərarlarından və irəli sürdüyü layihələrdən də məlum olur. Məsələn 1000 dram fondu, və ya “Yes em, “Şərəf duyuram” layihələri var. Əgər müdafiə naziri kilsənin orduda rolu olmalıdır deyirsə, deməli o, başqa şeylərlə məşğuldur", - deyə sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Xəbər lenti

Vanadzor ofisinin rəhbəri: "Ölüm faktları ilə bağlı rəsmi açıqlamalar reallıqdan çox uzaqdır"

2018/02/arthur-sakunts_0324_1516983669_1518626047.jpg
Oxunub: 349     20:32     14 Fevral 2018    