“Forbes”: Yaxın Şərq ölkələri hərbi büdcələrini azaldır

2018/02/fighting-in-tal-afar34543_1518622718.jpg
Oxunub: 206     19:31     14 Fevral 2018    
Yaxın Şərqin İraq, Liviya, Suriya və Yəmən kimi ölkələrində münaqişələrin davam etməsinə baxmayaraq, regionda hərbi xərcləmələr son illər azalıb.

Ordu.az “Forbes” nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, regionun 2016-cı ildə ümumilikdə 174 milyard dollar olan hərbi xərcləri 2017-ci ildə 4% azalaraq 167 milyard dollara düşüb. Adambaşına düşən hərbi xərclər isə 5% azalaraq 388 dollar olub. Əgər regiondakı ümumi hərbi xərcləri regional Ümumi Daxili Məhsula görə dəyərləndirsək, burada da azalmanı müşahidə edə bilərik. Belə ki, hərbi xərcləmələr 2016-cı ildə ÜDM-nin 5,73%-ə, 2017-ci ildə isə 5,4%-ə bərabər olub.

Ümumilikdə regionun 8 ölkəsi 2017-ci ildə bir öncəki ilə nəzərən müdafiə xərclərini azaldıb. Əlcəzair 2017-ci ildə 10 milyard dollar xərcləyib ki, bu 2016-cı ildən 2% azdır. İsrailin xərcləri 7% (hərbi büdcəsi 18,5 milyard dollar), Omanınkı isə 5%-ə (hərbi büdcəsi 8,7 milyard dollar) qədər enib. Ən əhəmiyyətli azalma isə Səudiyyə Ərəbistanının büdcəsindədir. O, müdafiə xərclərini ötən il 4,8 milyard dollar azaldıb. Buna baxmayaraq, 76,7 milyard dollarlıq müdafiə büdcəsi ilə bu mənada regionun lideri olaraq qalmaqdadır.

Faiz olaraq götürdükdə ən böyük azalma Misirdə müşahidə edilib. Ölkənin hərbi xərcləri (5,3 milyard dollardan 2,7 milyard dollara) az qala iki dəfə düşüb. Lakin bu Misir valyutasının devalvasiyası ilə izah edilə bilər. Əgər yerli məzənnə ilə götürsək əslində Qahirənin hərbi xərcləri 43,2 milyard Misir poundundan 47,1 milyard Misir pounduna yüksəlib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Misir   Yaxın-Şərq  

Xəbər lenti

“Forbes”: Yaxın Şərq ölkələri hərbi büdcələrini azaldır

2018/02/fighting-in-tal-afar34543_1518622718.jpg
Oxunub: 207     19:31     14 Fevral 2018    