Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransı çərçivəsində bəyan edib.
“Hazırda Ukraynada islahatların keçirilməsinə xüsusi diqqət göstərilir. Mən Ukraynanın bu islahatlara xüsusi diqqət göstərməsinə müsbət yanaşıram. Üzvlük məsələsi Ukraynanın bu istiqamətdə uğurlar qazanmasından sonra müzakirə ediləcək”, - deyə Stoltenberq bildirib.
Stoltenberq həmçinin NATO-nun Ukraynaya siyasi və praktiki yardım göstərəcəyinə söz verib.
Ağalar Qəribov
Ordu.az