Husi qiyamçıları Səudiyyə Ərəbistanının başçılığı altında Yəməndə döyüşən koalisiya qüvvələrinə qarşı yeni hücumlar təşkil edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu hücumlar ölkənin Əsir və Nəcran vilayətlərində baş tutub.
Hücumlar zamanı koalisiya qüvvələrinin adı çəkilən vilayətlərdə yerləşən bir neçə düşərgəsi raket atəşinə tutulub. Eyni zamanda koalisiya qüvvələri də cavab atəşi açıb və qiyamçıların mövqeyinə ümumilikdə 4 raket atılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Husilər
Koalisiya-qüvvələri