Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Fyodor Lukyanov ATƏT-in Minsk qrupunun yaydığı bəyanata münasibət bildirərkən deyib.
Rusiyalı politoloq bildirib ki, münaqişə, həll edilməmiş problemlər olduğu kimi qaldıqda və heç bir iş görülmədikdə partlayış baş verir.
"Diplomatları da başa düşmək lazımdır. Uzun görüşlərdən sonra razılıqlar əldə edilir, daha sonra tərəflərdən biri mövqeyini köklü şəkildə dəyişməyə qərara verir. Bu zaman başqa iddialar ortaya çıxır. Belə vəziyyətdə daim irəliləyiş gözləmək çətindir, bəlkə də mümkünsüzdür".
Alpər Mövludoğlu
Ordu.az