Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusu cəbhənin Tərtər rayonu Qırmızıkənd kəndi istiqamətindəki qarşıdurma xəttində Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub.
Təxminən saat 17:00 radələrindən etibarən eşidilən atəş səsləri yarım saat ərzində davam edib.
Düşmən odumuzun hərbçiləri tərəfindən layiqli cavab atəşi ilə tam susdurulub.
Qeyd edək ki, mərmi səsləri əraziyə yaxın yaşayış məntəqələrindən açıq-aşkar eşidilib. Mərmilərin bir neçəsi otlaq sahələrə düşüb.
Hazırda ərazidə tam sakitlik hökm sürür. Vəziyyət odumuzun nəzarəti altındadır.
Elgün Gəncimsoy, Tərtər
Ordu.az