Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında Bolqarıstan prezidenti Romen Radiev bildirib.
Bolqarıstanın mövqeyi aydındır, Dağlıq Qarabağ münaqişəsi yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi və Aİ-nin dəstəyi ilə sülh yolu ilə həll edilə bilər ", - Bolqarıstan prezidenti bildirib.
O, eyni zamanda Azərbaycan və Ermənistan prezidentləri arasında fəal dialoqun aparılmasının vacibliyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az