Ermənistan MN daha bir xəstə əsgərin müalicəsindən imtina edir

2018/02/top4324_1518284386.jpg
Oxunub: 456     22:35     10 Fevral 2018    
İşğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin döyüş postlarına xəstə əsgərlər çıxarılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qaraciyər və böyrəyində ağrıları olan erməni əsgər Artur Davityan müalicə olunmaq istəyir. O, hərbi hissədə çox incidildiyini, ürək ağrısı səbəbindən isə gözlərinin qabağı qaraldığını bildirir.

Məlumata görə, Artur Davtyan qilberd sindromundan əziyyət çəkir. Xidmət etdiyi 7 ay ərzində 3 dəfə özündəngetmə halı baş verib. 19 yaşlı erməni əsgərinin xəstəliyi irsidir. Qaraciyər və dalağında böyümə kiçilmə baş verir. Bu iki xəstəlik hərbi xidmətlə bir araya sığmasa da, hərbi həkim komissiyaları bütün müayinə və müalicə proseslərindən sonra, onu hərbi xidmətə yararlı hesab edib. Qanında yüksək bilirubin olması səbəbindən hərbi xidmətə çağırışdan 1 dəfə 6 aylıq möhlət verilib.

Bu xəstəliyi olan şəxslərə soyuq yerlərdə olmaq qadağan edilir. Ancaq Davtyan 0 dərəcədən aşağı olan Ömər aşırımda döyüş postuna göndərilib. 3000 m yuxarı olan yerdə ilkin tibbi yardım üçün həkim də yoxdur. Bir dəfə posta qalxanda vəziyyətinin ağırlaşması səbəbindən 3 nəfər digər erməni əsgəri onu çətinliklə geri aşağı endirib.
İrəvan mərkəzi hospitalında müalicə olunarkən verilən analizlərin cavabına görə Davtyan xidmətə yararasızdır. Lakin hərbi həkim komissiyası onu yararalı hesab edərək, geri hərbi hissəsinə göndərib. Atası bütün səlahiyyətli orqanlara şikayət etsə də heç bir faydası yoxdur.

Nəhayət insan hüquqları naminə jurlanistlər ictimai təşkilatı müdafiə nazirliyinə müraciət edib. Bundan sonra işğal altında olan Kəlbəcərdə qulluq edən erməni əsgəri Vardenisdəki hospitala təkrar müayinəyə göndərilib. Ancaq yenə də müalicə və müayinədən sonra hərbi xidmətə yararlı hesab olunaraq, geri hərbi hissəyə göndərməyə çalışıblar. Lakin erməni əsgərin atası qalmaqalla buna mane olub.

Vardenis hospitalının rəisi polkovnik Yervand Hovhannisyan atasına izah edib ki, 3 dəfə müayinə olunub və bilirubinin səviyyəsi norma daxilindədir. Yenidən müayinə üçün qan analizi aparılıb. Bu dəfə bilirubinin səviyyəsi normaldan 20-25 mikromol aşağı olmaqla 7 mikromol aşkarlanıb.

Atası Nikolay Davtyan yaranmış vəziyyətdən narahatlığını təkrar bildirib. İrəvandakı hospitalda 36.9 göstəricisinin Vardenisdəki müayinə zamanı 7 mikromol göstərməsi atasını hövsələdən çıxarıb. Hospital rəisi qilberd sindromu ilə qulluq edənlərin olduğunu və buna görə təxris edilmə olmadığını izah edib. Qərara alınıb ki, Artur Davtyan təkrar müayinə üçün İrəvan hospitalına göndərilsin. Erməni əsgəri deyir ki, hərbi hissədə bəzi zabitlər onu “saçok” hesab edirlər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Xəstə-əsgərlər  

Xəbər lenti

Ermənistan MN daha bir xəstə əsgərin müalicəsindən imtina edir

2018/02/top4324_1518284386.jpg
Oxunub: 457     22:35     10 Fevral 2018    