Erməni əsgərlər yerlibazlıq üstündə dalaşıblar

2018/02/cebhe-ermeni-(4)23423_1511431220345345_1513682275_1518198407.jpg
Oxunub: 2787     01:34     10 Fevral 2018    
İşğal altında olan Ağdərə ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində yenə də yerlibazlıq üstündə əsgərlər arasında insident baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvandan olan erməni əsgərlə, Qarabağdan hərbi xidmətə çağrılan hərbçi arasında başlayan mübahisə sonda davaya çevrilib.

Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonra, erməni əsgərlər əlbəyaxa olublar. Nəticədə hər iki hərbçi, Qasparyan və Aleksandr Sarqsyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Komandanlıq hadisəni ört-basdır edərək hüquq mühafizə orqanlarından gizlədib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ağdərə   Erməni-əsgər  


Bizi "telegram"da izləyin