Qarabağda erməni əsgər hərbçini güllələdi - DETALLAR

2018/02/received_2470866913139462_1518194023.jpeg
Oxunub: 4241     00:36     10 Fevral 2018    
İşğal altında olan Qarabağda erməni hərbçinin öldürməsinin detalları məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni əsgər Norik Qriqoryan 26 dekabr 2014-ü ildən 9 yanvar 2015-ci ilədək döyüş növbətçiliyinə cəlb olunan bölmənin tərkibində ön xəttdə, müşahidə postunda döyüş növbətçiliyi aparıb.

İttihama görə, döyüş növbətçiliyi apararkən Norik Qriqoryan niazmnamə qaydalarını pozaraq, mövqe başçısının icazəsi olmadan xidmət ərazisini tərk edib. Norik Qriqoryan eyni mövqedə müşahidəçi olaraq döyüş növbətçiliyi aparan digər erməni əsgəri Hovhanes Sirunyanla bərabər xidmət yerini 15 dəqiqə müddətinə tərk edib və geri qayıdıb.

Axşam tərəfi qazmanın yanında (blindaj) it hürməsi səsləri eşidib. O, silah saxlama yerindən silahını götürərək doldurub. Həmin məqamda eyni mövqedə döyüş növbətçiliyi aparan müqaviləli hərbi qulluqçu Karen Mirzoyan qazmanın qapısını açıb. Bu anda Norik Qriqoryan qapını açan Karen Mirzoyan istiqamətinə atəş açıb. Qarın nahiyyəsindən odlu silah yarası alan müqaviləli hərbi qulluqçu Karen Mirzoyan, hospitala təxliyyə edilərkən yolda ölüb.

Eyni anda döyüş növbətçiliyində olan Hovhanes Sirunyan müşahidəçi olaraq "vəzifə" borclarına səhlənkar yanaşıb. Məhkəmədə müttəhimlər onlara qarşı irəli sürülən ittihamları qəbul edib, məhkəmə istintaqını tezləşdirməyi xahiş ediblər.

Hovhanes Sirunyan haqqında məhkəmə 2 il şərti azadlıqdan mərhumetmə cəzası verməklə, 2 il sınaq müddəti təyin edib. Norik Qriqoryan haqqında isə 3 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsi haqqında hökm verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər  


Bizi "telegram"da izləyin