“Həmsədrlərin Qarabağ məsələsinin həlli üzrə konkret “resepti” ola bilməz” – İvan Volınkin

2018/02/130987345345_1518178884.jpg
Oxunub: 2735     20:20     09 Fevral 2018    
“Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyəti sahəsində deyil. ATƏT Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ yalnız fəaliyyətdə ortaqlıq nümayiş etdirirlər. Yəni, nə Rusiya, nə Fransa, nə də ABŞ-da bu problemin həlli üçn konkret “resept” ola bilməz”.

Ordu.az xəbər verir ki, bu barədə Tert.am-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin bəyan edib.

O qeyd edib ki, bu barədə yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər.

“Rusiya ABŞ və Fransa ilə birgə bunun üçün şərtlər yaratmağa görə çox şey edir. Odur ki, yekun qərar Bakı və İrəvanın əllərindədir”, - deyə Volınkin bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ATƏT   Qarabağ  


Bizi "telegram"da izləyin