Mogerini: "Qarabağ münaqişəsi çox ciddi çağırışdır" (VİDEO)

2018/02/34534_1518176744.jpg
Oxunub: 2833     19:09     09 Fevral 2018    
"Dağlıq Qarabağ münaqişəsi bizim üçün ciddi çağırış olaraq qalır".

Ordu.az-ın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Moqerini bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir.

"Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur", - deyə o bildirib.

Aİ rəsmisi münaqişənin beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalı olduğunu qeyd edib: "Avropa İttifaqı ATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin