Təxribatçı erməni əsgər hospitalda ölüb - DETALLAR

2018/02/130861456456_1518078884.jpg
Oxunub: 2070     16:33     08 Fevral 2018    
Təxribatçı erməni əsgəri başından aldığı güllə yarası nəticəsində ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda təxribata cəhd nəticəsində məhv edilən erməni əsgəri ilk öncə başından yaralanıb.

O, hospitalda köçürüldükdən bir neçə saat sonra, saat 19:10 radələrində ölüb.

Xatırladaq ki, 2018-ci ilin fevralın 7-də, saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Təxribat  


Bizi "telegram"da izləyin