“Reuters”: Şimali Koreya Suriyaya silah satır

2018/02/755176168399088345345_1517636863.jpg
Oxunub: 3904     13:46     03 Fevral 2018    
KXDR yalnız 2017-ci ildə sanksiyalara baxmayaraq qeyri-qanuni ixracdan 200 milyon dollar gəlir əldə edib və bu vəsaitin bir hissəsi Suriyaya silah satışı ilə bağlıdır.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin müstəqil monitorinq agentlikləri məlumat yayıb.

Məlumata əsasən, KXDR yalnız Suriyaya deyil, həmçinin Myanmaya da silah satır. Eyni zamanda 200 milyon dollar vəsaitin bir hissəsi Rusiya və Çin vasitəsilə kömür satışından əldə edilib.

213 səhifəlik hesabatda 2012-ci ildən başlamaqla 2017-ci il də daxil olmaqla Pxenyanın Suriyaya 40 dəfədən çox silah göndərdiyi qeyd olunur.

Həmçinin bildirilir ki, təchizatlardan birində kimyəvi silah hazırlanması üçün də materiallar göndərilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Suriya-böhranı  


Bizi "telegram"da izləyin