Qazaxıstan HHQ modernləşdirilmiş təyyarərlərlə təchiz olunub

2018/02/IMG-20180202-WA0009_1517592950.jpg
Oxunub: 1554     01:27     03 Fevral 2018    
Qazaxıstan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri 2 ədəd modernləşdirilmiş Su-25UBM-lə təchiz olunub.

Ordu.az Rg.ru saytına istinadən xəbər verir ki, bu barədə Informburo.kz saytı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təyyarələrin modernləşdirilməsi 2017-ci ilin dekabr ayında tamamlanıb və modernləşdirmə Belarusiyanın “558-ci Aviasiya Təmir Zavodu” ASC-də həyta keçirilib.

Lakin modernləşdirmə nəticəsində təyyarələrdə hansı üstünlüklərin yaranması barədə Qazaxıstan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, Qazaxıstan HHQ-nin silahlanmasında cəmi 12 ədəd Su-25 və 2 ədəd Su-25UB qırıcısı var. Bu təyyarələr 1990-cı illərdə Rusiya tərəfindən Qazaxıstana verilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Su-25UB  


Bizi "telegram"da izləyin