Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibinin köməkçisi Məhəmməd Redməniş bildirib.
Qeyd edək ki, Çinin aktiv Xinciyanq vilayəti ilə sərhəddə yerləşən Vaxan koridoru son illərdə ekstremistlərin qaynar nöqtəsinə çevrilib. Bir müddət əvvəl əraziyə səfər edən Çin Müdafiə naziri Çanq Vanquan muxtar regionda “dəmir divar” tikmək istəyir.
Onun sözlərinə görə, plan ötən ilin dekabrında müzakirə edilsə də, əsas detallar hələki məxfidir.
“Onu biz tikəcəyik, lakin Çin hökuməti buna maliyyə, silah-sursat və təlimlərlə dəstək verəcək”, - deyə o, əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az