Ordu.az xəbər verir ki, bu barədə BMPD portalı məlumat yayıb.
Yeni top Çin Xalq Azadlıq Ordusunun “Xayyanşan” desant gəmisinin göyərtəsində quraşdırılıb. Həmçinin gəmiyə bir neçə konteyner də quraşdırılıb, onlarda topu əlavə elektriklə təmin edəcək elektrin enerjisi mənbəyi rolunu oynayacaq avadanlıqların yerləşdirildiyi ehtimal olunur.
O cümlədən topun relsotron, yəni elektromaqnit sürətləndiricisi ilə təchiz olunduğu zənn edilir. Lakin top haqqında başqa təfərrüatlar məlum deyil.
Ağalar Qəribov
Ordu.az