Suriyanın Afrin bölgəsində aparılan “Zeytun Budağı” əməliyyatını izləyən agentliyin müxbiri Sarp Özər yaxınlığına atılan raket hücumu zamanı yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, əlindən və baldırından yaralanan Özər ilk yardımın göstərilməsindən sonra Qırıqxan Dövlət xəstəxanasına aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Afrin
Anadolu-agentliyi
Türkiyə