NATO kiber müdafiə təlimləri həyata keçirəcək

2018/02/6AB58FD7-1B8A-46D7-AD56-3EF5FA1CE42D_cx0_cy8_cw0_w1023_r1_s234_1517579443.jpg
Oxunub: 1452     21:49     02 Fevral 2018    
NATO-nun Kooperativ Kiber Müdafiə Mərkəzi (KKMM) Alyansın bütün orqanları üçün kiber müdafiə təlimləri və tədrisini koordinasiya edəcək.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu fəaliyyətlər yanvarın sonlarında elan edilən yeni plan çərçivəsində həyata keçiriləcək.

KKMM NATO-nun təlimlər, tədqiqatlar və tədris üzərinə fokuslanmış akkreditasiyalı kiber müdafiə mərkəzidir. Mərkəz NATO-nun komandanlıq strukturlarında təlim-tədris fəaliyyətlərini həyata keçirəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Kiber-Müdafiə  


Bizi "telegram"da izləyin