Xatəmi: “Xaricilər İranın raket proqramına burunlarını soxa bilməzlər”

2018/02/10401050112345345345_1508571581456_1517571893.jpg
Oxunub: 3858     19:43     02 Fevral 2018    
“İran İslam Respublikası heç bir xarici qüvvənin özünün raket proqramına müdaxilə etməsinə imkan verməyəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri yüksək səlahiyyətli dini rəhbərlərdən olan Ayətullah Əhməd Xatəmi səsləndirib.

Bütün xarici təşəbbüsləri rədd edən Xatəmi İranın daha uzaq mənzilə sahib daha çox raket istehsal edəcəyini bildirib.

“Bu mövzu ilə bağlı heç bir dövlətlə müzakirədən söhbət gedə bilməz. Raket proqramımıza qarşı istənilən xarici müdaxilənin qarşısı alınacaq”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xatəmi   İran   Raket  


Bizi "telegram"da izləyin