YPG Kilis və Hataya raket atdı: 11 yaralı

2018/02/kilis234534_1517570298.jpg
Oxunub: 1697     19:16     02 Fevral 2018    
Türkiyənin Hatay və Kilis vilayətlərinə 6 raket hücumu nəticəsində 11 nəfər yaralanıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, raketlərin hədəfində olan əsas bölgə bu dəfə də Reyhanlı qəsəbəsi olub.

Məlumata görə, raketlər PYD/PKK terrorçuları tərəfindən Suriyanın Afrin bölgəsindən atılıb.

Qeyd edək ki, Afrin əməliyyatı başlayandan bu vaxta qədər atılan raketlər nəticəsində Türkiyədə beş nəfər həlak olub, ən azı 65 nəfər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Afrin-əməliyyatı   YPG-terror  


Bizi "telegram"da izləyin