Mettislə Uilyamson Rusiya və KXDR-i müzakirə ediblər

2018/02/85784482733_1517563571.jpg
Oxunub: 3951     17:51     02 Fevral 2018    
ABŞ müdafiə naziri Ceyms Mettis Böyük Britaniyadan olan həmkarı Gevin Uilyamsonla Pentaqonda görüş keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yerləşdirilib.

Görüşdə tərəflərin Rusiya, KXDR və İŞİD terror qruplaşmasına qarşı mübarizəni müzakirə etdikləri qeyd olunur.

“Bizim tərəflər dünyada təhlükəsizlik sahəsində eyni təhdidlərlə qarşılaşırlar. Biz döyüş meydanında çiyin-çiyinə durur, kəşfiyyat məlumatları və texnologiyalarla bölüşürük, bizim əsrlərdir davam edən münasibətlərimiz isə dünyanın istənilən iki ölkəsi arasında mövcud olan əlaqələrdən daha yaxındır. Biz birlikdə hər zaman ABŞ və Birləşmiş Krallığın küçələrində təhlükəsizliyi, vətəndaşlarımızın və həyat tərzimizin müdafiəsini təmin edə biləcəyik”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis-Uilyamson   Pentaqon  


Bizi "telegram"da izləyin