Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün mütəmadi birifinqdə Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
“Biz buna baxdıq və qərara gəldik ki, Konqres Suriya rejiminə meyilli idi, müxalifət istənilən səviyyədə təmsil olunmurdu”, - deyə Nauret bildirib.
Onun sözlərinə görə, ABŞ BMT-nin Cenevrə prosesini qətiyyətlə dəstəkləyir və hesab edir ki, Suriyanın taleyi məhz orada həll edilməlidir.
Ağalar Qəribov
Ordu.az