Ağ Ev Pentaqondan KXDR-ə qarşı güclü fəaliyyət tələb edir

2018/02/483_1517556252.png
Oxunub: 2460     15:21     02 Fevral 2018    
ABŞ prezidneti Donald Trampın administrasiyası Penyatonun KXDR-ə münasibətdə Amerika liderinə daha çox variant təqdim etməməsinə görə narazıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster Pentaqonun Ağ Ev rəhbərinə Şimali Koreyaya münasibətdə tam güclü fəaliyyət göstərərək bir neçə hərəkət planı təqdim etməli olduğundan əmindir.

Onun fikrincə, Birləşmiş Ştatlar onlara qarşı silahlı qüvvələrin istifadə olunacağı halda dəqiq plana malik olmalı, Tramp isə bu planla şəxsən tanış olmalıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Pentaqon   Donald-Tramp  


Bizi "telegram"da izləyin