“Rusiyanın Latın Amerikasında təsirinin artmasından narahatıq” - Tillerson

2018/02/23423423423_1517554140.jpeg
Oxunub: 3674     14:48     02 Fevral 2018    
“Birləşmiş Ştatlar Rusiyanın Latın Amerikası ölkələrində artan mövcudluğundan və Moskvanın Vaşinqtonla dost olmayan ölkələrə silah satmasından narahatdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

“Rusiyanın Latın Amerikası regionunda mövcudluğunun artması həyəcana səbəb ola biləcək haldır. Moskva bizimlə dost olmayan, demokratik dəyərlərə hörmət etməyən rejimlərə silah və hərbi avadanlıqlar satmağa davam edir. Bizim region fundamental dəyərlərimizlə əsasında qurulmayan dövlətlər üçün qapalı olmalıdır”, - deyə Tillerson bildirib.

Onun sözlərinə görə, Çin də Latın Amerikası ölkələrində öz mövqelərini gücləndirir, bu isə onlara böyük gəlir gətirir, lakin ABŞ-la həmin ölkələrin uzunmüddətli münasibətləri üçün prespektivlərə zərbə endirir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Latın-Amerikası  


Bizi "telegram"da izləyin