Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Penaqonun rəsmi nümayəndəsi Dana Uayt jurnalistlər üçün birifinqdə bildirib.
“Şimali Koreya tez-tez paradlar keçirir”, - deyə Uayt jurnalistin müvafiq sualına cavab verərkən bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatların özünə, müttəfiqləri və tərəfdaşlarına qarşı həyata keçiriləcək istənilən hücumun qarşısını almaq imkanı var.
“ABŞ Koreyaarası dialoqların keçirilməsindən məmnundur”, - deyə Uayt KXDR və Cənubi Koreya arasında baş tutan danışıqlardan bəhs edərkən bildirib.
Ağalar Qəribov
Ordu.az