Abe: “Pxenyanla bağlı ideyalar böyük səhvdir”

2018/02/KMO_088197_195717_1_t218_084713345345345345_1517550674.jpg
Oxunub: 1520     13:51     02 Fevral 2018    
“Yaponiya hesab edir ki, beynəlxalq ictimaiyyətin KXDR-in nüvə silahı hazırlanmasının hissəvi etirafı belə böyük səhv olardı”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün Yaponiya baş naziri Sindzo Abe bəyan edib.

“Hazırda Şimal və Cənub Olimpiada öncəsi dialoq aparırlar və biz bu prosesi yüksək qiymətləndiririk. Hərçənd ki, Şimali Koreya raket-nüvə proqramının inkişafını davam etdirir. Şimali Koreya ilə bağlı problemin sülh yoluyla həlli məqsədilə Pxenyanın nüvə silahlı hazırlamasının hissəvi etirafı haqqında ideyalar böyük səhvdir”, - deyə Abe bildirib.

Onun sözlərinə görə, Yaponiya heç vaxt Şimali Koreyanın nüvəsizləşdirilməsini tam şəkildə həyata keçirmək məqsədindən imtina etməyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Yaponiya   Nüvə-silahı  


Bizi "telegram"da izləyin