Tillerson Latın Amerikası ölkələri üzrə səfərə başlayıb

2018/02/34534534534_1517549080.jpg
Oxunub: 1611     13:22     02 Fevral 2018    
ABŞ Dövlət Katibi Reks Tillerson Latın Amerikası ölkələri üzrə səfərə başlayıb, onu gətirən təyyarə Mexiko hava limanına enib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Tillersonun Meksikaya səfərlə başlayan Latın Amerikası ölkələri üzrə turnesi daha sonra Argentina, Peru, Kolumbiya və Yamaykaya səfərlə davam edəcək.

Bu gün üçün Tillerson Meksika prezidenti Enrike Penye Nyeto və ölkənin xarici işlər naziri Luis Videqarla görüşəcək, həmçinin Mexikoda baş tutacaq Meksika, ABŞ və Kanada xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   Latın-Amerikası  


Bizi "telegram"da izləyin