KTMT ölkələri irimiqyaslı təlimlər keçirəcək

2018/02/453_1517487773.jpg
Oxunub: 3923     20:17     01 Fevral 2018    
KTMT ölkələrinin hərbçilərinin iştirakı ilə 2018-ci il çərçivəsində “Döyüş qardaşlığı-2018” operativ-strateji təlimləri keçiriləcək.

Ordu.az “Rossiyaskaya Qazeta” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Ermənistan nümayəndə heyətlərinin iclasında qərar qəbul edilib.

Görüş KTMT-nin Birləşmiş Qərargahında dünən baş tutub.

“Bu gün biz faktiki olaraq idarəetmə orqanları, qüvvələrin formalaşması və kollektiv təhlükəsizlik sistemlərinin cari il çərçivəsində birgə təlimlərinə hazırlıq barədə tədbirlərə başlayırıq”, - deyə iclas çərçivəsində KTMT Birləşmiş Qərargahının sədri səlahiyyətlərini icra edən general-leytenant Anatoli Yakovlev bəyan edib.

Lakin təlimlərin nə vaxt və harada keçirilməsi hələ dəqiqləşdirilməyib, bunun qarşıdakı iclaslarda müəyyənləşdirilməsi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Hərbi-təlimlər  


Bizi "telegram"da izləyin