Ordu.az xəbər verir ki, bu baarədə “Associated Press” məlumat yayıb.
“Fransa liderinin sözləri təhqiramizdir”, - deyə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Fransa Türkiyəyə dərs verə biləcək səviyyədə deyil.
Bununla da Ankara yenidən Parisə onun Əlcəzair və digər Afrika ölkələrində həyata keçirdiyi kolonial siyasəti xatırladıb.
Xatırladaq ki, yanvarın 31-də Fransa prezidenti Emmanuel Makron “Le Figaro” qəzetinə musahibəsində Türkiyəni Suriyanın suverenliyinə hörmət etməyə, o cümlədən belə addım atmamışdan öncə NATO üzrə müttəfliqlərə sövdələşmə aparmağa səsləyib.
Makron qeyd edib ki, yaxın günlərdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Afrin ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Ağalar Qəribov
Ordu.az