Türkiyə Suriyada iki cəbhəni birləşdirib

2018/02/327-Afrin_1517479977.jpg
Oxunub: 3728     18:11     01 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın şimalında Əli Qar yaşayış məntəqəsini nəzarət altına götürərək iki cəbhə ərazisini birləşdirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən olan hərbi mənbələr məlumat yayıb.

Qeyd edək ki, terrorçulardan azad edilən yaşayış məntəqələri Türkiyənin Kilis vilayəti ilə həmsərhəddir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zeytun-budağı   Suriya  


Bizi "telegram"da izləyin