Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusunun əməliyyatları nəticəsində İdlib və Hələb vilayətində olan terrorçuların mövqeləri kütləvi hücumlara məruz qalıb, terrorçular geri çəkilməli olublar.
Dünən günortadan sonra başlayıb bu gün gecə saatlarında 10 saat müddətinə davam edən döyüşlər nəticəsində Suriya ordusu 8 kilometr irəliləyərək 10-dan çox kəndi terrorçulardan azad etməyə müvəffəq olub.
Nəticədə Baharita, Cədidə, Təvahinə, Tel-Kəlbə, Zəhabiyə, Tel-Tətra, Tual Xalib, Müşərrifə, Məsədə, Tel-Sultan, Vəsitə Şərqiyə, Vəsitə Qərbiyə, Sükkariyə və Salihiyyə kəndləri Suriya ordusunun nəzarətinə qayıdıb. Hazırda Sərakib yolu boyunca döyüşlər davam edir.
Ağalar Qəribov
Ordu.az