Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tutulan şəxs Pakistan kəşfiyyat agentliyi olan ISI üçün çalışan qadınla “Facebook”da təzəliklə dost olduqdan sonra ona məlumatlar ötürməyə başlayıb.
Zabit HHQ tərəfindən aparılan müntəzəm əks-kəşfiyyat yoxlamaları zamanı aşkar edilib. Tutulan şəxsin Hindistan HHQ-də hər zaman önəmli planlardan və məxfi sənədlərdən xəbərdar ola biləcək bir rütbədə olduğu deyilir.
Qeyd edək ki, 2015-ci ilin dekabrında da Dehli polisi ISI-ya önəmli məlumatlar ötürən başqa bir sabiq HHQ zabitini həbs edib.
Ağalar Ağalarlı
Ordu.az