Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada müdafiə naziri Harcit Sadcan bəyan edib.
O, bu barədə Latviyadan olan həmkarı Raymonds Berqanislə görüşü çərçivəsində bildirib.
“Rusiya NATO üzvləri üçün hazırda heç bir təhlükə mənbəyi deyil, lakin Alyansın Rusiyanı diqqətlə izləməsi zəruridir”, - deyə Sadcan qeyd edob.
O bildirib ki, Rusiyanın aqressiv ritorikası, hərbi fəaliyyəti və davranışları onları davamlı olaraq izləmək zərurəti yaradır.
Bununla belə, kanadalı nazir NATO-nun Rusiya ilə dialoqunun da qaçınılmaz olduğunu vurğulayıb.
Ağala Qəribov
Ordu.az