Ordu.az “Svpressa” nəşrinə istinadən xəbər verir ki, bu barədə Strateji Konyuktura Mərkəzinin direktoru İvan Konovalov Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenkonun ideyasını şərh edərkən bildirib.
“Ukraynada vətəndaş müharibəsi davam edir və bu müharibənin miqyası bütün ölkəni əhatə edir, belə olan halda hansı lizinq müqaviləsindən bəhs etmək olar? Maraqlıdır, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan silah alaraq onunla döyüşüb, sonra geri qaytaracaqlar?”, - deyə ekspert bildirib.
Konovalovun sözlərinə görə, Ukrayna hərbçiləri əhalini sakitləşdirmək üçün qəribə bəyanatlarla çıxış etmək məcburiyyətindədirlər.
“Əgər amerikalılardan F-16-nı lizinqə götürməyə hazırlaşırlarsa, geri qaytarmaq üçün heç bir vasitələri olmayacaq, çünki bu təyyarələri vurmaq asandır”, - deyə Konovalov qeyd edib.
Ağalar Qəribov
Ordu.az