YPG yanıldı: “Doldurulan” tankların ilk istifadəsi Suriyada baş tutub - VİDEO
Oxunub: 4201
02:58
01 Fevral 2018
Tarixdə ilk dəfə doldurulan maket tankın məhv edilməsi Suriyada baş tutub.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, YPG terrorçuları Türkiyə əsgərlərinin hiyləsinə uyaraq doldurulan “Leopard”a qarşı tank əleyhinə raket atıblar.
Diqqətəlayiqdir ki, bu zaman YPG terrorçuları İran istehsalı olan “Toophan-1” tank əleyhinə raket kompleksindən istifadə ediblər. Bu kompleks isə öz növbəsində ABŞ-ın BGM-71 TOW sisteminin oxşarıdır.
Qeyd edək ki, bu hadisə baş verənə qədər dünyada “doldurulan” hərbi texnikaya malik yeganə ordunun Rusiya ordusu olduğu zənn edilirdi.