Suriyadan Reyhanlıya raket atılıb: 1 yaralı

2018/01/23478923648976234789_1517316936.jpg
Oxunub: 3472     20:53     30 Yanvar 2018    
Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna raket zərbəsi endirilib.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, atılan iki raket Gültəpə məhəlləsində istifadə edilməyən evə dəyib.

Hücum nəticəsində bir nəfər yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb. Əraziyə gələn təhlükəsizlik qüvvələri araşdırma aparırlar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hatay   YPG   Terror  


Bizi "telegram"da izləyin