Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda bildirilib.
Məlumata görə, əməliyyatlar zamanı “Hizbullah”a məxsus təxminən 150 infrastruktur obyekti məhv edilib. Hədəflər arasında silah anbarları, komanda mərkəzləri, buraxılış qurğuları və qruplaşmanın fəaliyyəti ilə əlaqəli digər obyektlər yer alıb.
İsrail ordusu qeyd edib ki, həmin obyektlərdən İsrail qüvvələrinə qarşı hücumların hazırlanması və həyata keçirilməsi məqsədilə istifadə olunurdu.
Açıqlamada vurğulanıb ki, zərbələrin məqsədi mövcud təhdidlərin qarşısını almaq, həmçinin döyüş əməliyyatlarının planlaşdırılması və idarə olunmasında istifadə edilən infrastrukturu sıradan çıxarmaq olub.
İsrail tərəfi əməliyyatların Livanın cənubunda “Hizbullah” silahlılarının aktiv fəaliyyət göstərdiyi iddia olunan ərazilərdə həyata keçirildiyini də bildirib.
Sevinc Əliyeva
Ordu.az