Hantsman: “Rusiya və ABŞ-ın Suriya və KXDR üzrə əməkdaşlığı pozitivdir”

2018/01/348_1517315099.jpg
Oxunub: 3658     20:17     30 Yanvar 2018    
“Moskva və Vaşinqtonun Suriya və Şimali Koreya məsələləri ilə əlaqədar əməkdaşlığı pozitiv məqamdır”.

Ordu.az “Exo Moskvı” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib.

O, bu barədə Rusiya və ABŞ-ın Suriya üzrə əməkdaşlığına necə yanaşması ilə bağlı suala cavab verərkən bildirib.

“Biz bu məsələdə neqativ olmaqdan daha çox pozitivik”, - deyə Hantsman vurğulayıb.

Səfir xatırladıb ki, Moskva və Vaşinqton BMT Təhlükəsizlik Şurasında KXDR-ə münasibətdə sanksiyalara səs verərkən eyni mövqe nümayiş etdirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   KXDR   Suriya  


Bizi "telegram"da izləyin