Ordu.az NTV telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Raket Kilis vilayətinin Oncupınar yaşayış məntəqəsinin kənarında yerləşən zeytun bağlarına düşərək partlayıb. Bağların yaxınlığında isə mütəmadi olaraq əhalinin baş çəkdiyi müqəddəs məzarlıq yerləşir.
Hadisə yerinə həkim və təhlükəsizlik qüvvələrinin əməkdaşları yollanıb.
Sərhədyanı təhdidlərə reaksiya vermə qaydalarına uyğun olaraq sərhəd artilleriyası raketin atılma yerini müəyyənləşdirərək oraya zərbələr endirib.
Ağalar Qəribov
Ordu.az