“Raytheon” Kanadanın silah sistemlərini təkmilləşdirəcək

2018/01/336_1517300820.jpg
Oxunub: 2195     16:31     30 Yanvar 2018    
“Raytheon” Kanada Kral Donanmasının 21 ədəd yaxın mənzilli silah sistemini təkmilləşdirəcək.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə naziri Haryit Saycan bildirib.

Kanada donanması hal-hazırda Halifax sinifli freqatlarının göyərtəsində “Raytheon”un “Phalanx Block 1B” yaxın mənzilli havadan müdafiə sistemlərini istifadə edir.

Yeni bağlanan 567 milyon dollarlıq kontrakt ilkin olaraq 10 il ərzində bu silahlara dəstək xidmətini və onların modernizasiyanı əhatə edəcək. Müqavilə beş il uzadıla bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Raytheon  


Bizi "telegram"da izləyin