Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Bağikyan hərbi xidmət dövrünün 7-ci ayında işğal altında olan Qarabağdakı erməni hərbi birləşmələrinin Nerkin Horatağ kəndindəki hərbi hissəsində baş verən hadisə nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hərbi qulluqçu maşının üzərinə su çəni yerləşdirərkən başı su çəni ilə maşın arasında qalaraq, açıq kəllə beyin xəsarəti alıb. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.
Ağır sosial şəraitdə yaşayan ailə Ermənistan müdafiə nazirliyinə maddi yardım etməsi ilə əlaqədar müraciət etsə də, müraciətə rədd cavabı verilib. Xəstə hərbi qulluqçunun qohumlarının dediyinə görə, Bağikyanın hospitalda müalicəsi zamanı dərmanların bir hissəsi onlardan tələb edilib.
Qeyri-rəsmi mənbələrə görə, Ermənistan müdafiə nazirliyi yenə də yaralı və xəstə hərbi qulluqçulara yardım edilməsini öz üzərindən atır.
"Ona 1-ci qrup əlil təqaüdü verilir. Ancaq hərbi xidməti dövründə aldığı zədələnməyə görə verilən 55 min dram təqaüd çox azdır. 3 ay bundan əvvəl hərbi qulluqçunun xəstə olması haqqında sənədlər tələb olunub və hansısa 5 milyon vəsaitdən söhbət gedib. Lakin bu günə qədər həmin 5 milyondan heç bir xəbər yoxdur", - deyə xəstə əsgərin qohumları şikayətlənib.
Hazırda, xəstə hərbi qulluqçunun valideynləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmək niyyətindədir.
Alpər Mövludoğlu
Ordu.az