ABŞ SQ generalı: “Taliblər ya Əfqanıstanın gələcəyi olmalı, ya da ölməlidirlər”

2018/01/345345_1515997289.jpg
Oxunub: 1462     14:20     15 Yanvar 2018    
“Əfqanıstanda “Taliban” hərəkatı danışıqlar masası arxasında əyləşməyəcək, çünki onun rəhbərləri öz qəbələlərinə inanırlar”.

Ordu.az CBS telekanalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı ABŞ və NATO qoşunlarının komandanı, general Con Nikolson bəyan edib.

“Məncə, onlar qalib gələcəklərini düşünürlər, bizim qələbə ruhumuzu itirdiyimizi zənn edirlər. Çünki 2009-cu ildə biz yalnız əlavə qüvvələrin göndərilməsini deyil, həm də qoşunların çıxarılma tarixini bəyan etdik. Əgər düşmən getmək vaxtını bəyan edibsə, danışıqlar aparmaq nəyə lazımdır?” - , deyə general jurnalistin niyə bu qədər uzun illər ərzində “Taliban”ın danışıqlardan imtina etməsi barədə suala cavab verərkən bildirib.

Nikolsonun sözlərinə görə, taliblər ya silahı yerə qoyaraq cəmiyyətə qayıda və Əfqanıstanın gələcəyi ola, öz övladları və özləri üçün yaxşı həyat qura, ya da ölə bilərlər.

Xatırladaq ki, ABŞ Əfqanıstanda 2001-ci ilin oktyabrından müharibə aparır. Pentaqonun qiymətləndirməsinə görə, bu müharibə onlara 680 milyard dollara (11,56 trilyon manat) başa gəlib. Bu 16 il ərzində orada 2350-dən çox ABŞ hərbi qulluqçusu həlak olub, daha 20 mini yaralanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin