Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel ilə danışan Pakistan Baş Qərargah rəisi Qəmər Cavid Bəcva səsləndirib.
O bildirib ki, on illərdir davam edən əməkdaşlığa baxmayaraq, ABŞ-ın bildirdiyi son şərhlər bütün Pakistan əhalisində xəyanat məruz qaldığı hissini oyandırdı.
Qeyd edək ki, Pakistan və ABŞ arasındakı əlaqələri ABŞ prezidenti Donald Trampın yanvarın 1-də yazdığı tvitindən sonra pisləşib. Tramp öz tvitində verilən milyardlarla dollara rəğmən Pakistanın yalan və fitnəkarlıqla məşğul olduğunu iddia edib.
Ağalar Ağalarlı
Ordu.az