“Əminəm ki, Türkiyənin PUA-ların hücumu ilə əlaqəsi yoxdur” - Putin

2018/01/6-putin2_io34534_1515745271.jpg
Oxunub: 4216     13:19     12 Yanvar 2018    
“Suriyadakı Hmeymim aviabazası və Tartus limanına dronların hücumunun Türkiyə ilə əlaqələndirilməsi provokasiyadır”.

Ordu.az NTV.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin aparıcı qəzet və informasiya agentliklətinin rəhərləri ilə görüşdə bəyan edib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək Hmeymim aviabazasına PUA-ların hücumunu müzakirə etdik. Türkiyənin bu hücuma aidiyyəti olmadığında əminəm”, - deyə Rusiya prezidenti bildirib.

Putin həmçinin qeyd edib ki, Rusiya artıq Suriyadakı hərbi obyektlərin müdafiəsini təmin edib və Moskvaya bu hücumun kimin planlaşdırdığı artıq məlumdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin