ABŞ kəşfiyyatının qadın siması – Melissa Drisko kimdir?

2018/01/234234345_1515745047.jpg
Oxunub: 571     12:14     12 Yanvar 2018    
2016-cı ilin avqust ayında Melissa A. Drisko ABŞ Kəşfiyyat Agentliyinin (Pentaqonun kəşfiyyat idarəsi) direktor müavini təyin edildi.

Ordu.az “Viyennoye obozreniye” agentliyinə istinadən xəbər verir ki, Drisko bu vəzifəyə Obamanın dövründə agentliyin rəhbəri olan general-leytenant Vinsent Stüartın dövründə başlayıb. Stüart vəzifəyə 23 yanvar 2015-ci ildə təyin edilib.

Direktor müavini kimi Drisko 3 oktyabr 2017-ci ildən etibarən general-leytenant Robert Eşliyə, daha dəqiq desək, Tramp tərəfindən irəli sürülən şəxsə tabe olur.

Drisko dünyanın hər yerində 16 500 hərbçi və mülki əməkdaşla işin idarə olunmasında bilavasitə iştirak edir.

Drisko Virciniya Universitetini bitirib. 1981-ci ildə antroplogiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsi alıb.

1981-ci ildən kəşfiyyatı ilə əməkdaşlıq edən Drisko, ABŞ kəşfiyyatının hərbi dəniz qərargahında kadrlar üzrə mütəxəssis, ABŞ Hərbi Dəniz Donanmasının kəşfiyyat xidmətində, Dövlət Departamentinin kəşfiyyat və araşdırmalar Bürosunda zabit, Hərbi dəniz kəşfiyyatının direktor müavini və elə orada Sovet sualtı gəmiləri üzrə analitik kimi vəzifələrdə çalışıb.

Daha sonra Drisko Hərbi Dəniz Kəşfiyyatı idarəsində proqram və büdcələşdirmə üzrə şöbəyə rəhbər təyin edilib və elə orada 3 il rəhbər vəzifələrində olub.

Drisko həmçinin 4 il Mərkəzi Kəşfiyyat İdarəsində çalışıb. O, MKİ-də 2004-cü ilin oktyabrında Hərbi Kəşfiyyat Agentliyində rəhbər vəzifələrdən birini tutanadək çalışıb. Daha sonra 2007-ci ilin noyabrında Drisko, Hərbi Kəşfiyyat Agentliyinin baş maliyyə direktorunun müavini təyin edildi.

2009-cu ilin aprelindən Drisko hərbi dəniz kəşfiyyatının direktor müavini vəzfəsini icra edib. Daha sonra isə Hərbi Kəşfiyyat Agentliyində 2010-cu ilin sentyabrında kəşfiyat əməkdaşlarına diplomatik səviyyələrin verilməsi üzrə vəzifəni icra edib, həmçinin bir sıra digər aparıcı vəzifələrdə çalışıb.

Ailəli deyil.

Driskonun Ukrayna köklərinə malik olması ilə bağlı suallar isə hələ də cavabsız qalmaqdadır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Hərbi-kəşfiyyat   Pentaqon  

Xəbər lenti

ABŞ kəşfiyyatının qadın siması – Melissa Drisko kimdir?

2018/01/234234345_1515745047.jpg
Oxunub: 572     12:14     12 Yanvar 2018    