Ordu.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Amerika liderinin sözlərinə görə, Şimali Koreya rəhbərliyi Cənubi Koreyanın Pxyonçxan şəhərində keçiriləcək Qış Olimpiya oyunları səbəbilə hərbi təlimlərdə yaranan fasilədən yararlanaraq bundan öz məqsədləri üçün istifadə edə bilərlər.
“Əgər mən onların yerində olsaydım, cəhd edərdim… Fərq bundadır ki, mən prezidentəm, digər insanlar isə yox”, - deyə Tramp bildirib.
O qeyd edib ki, tarixdə nə vaxtsa kiminsə bildiyindən daha çox sayda fikir ayrılıqlarından xəbərdardır.
Ağalar Qəribov
Ordu.az