Ordu.az xəbər verir ki, bu barədə bu gün KXDR problemi üzrə ixtisaslaşan 38North portalı məlumat yayıb.
Nəşrin analitikləri peyk görüntüləri əsasında bütün dekabr ayı ərzində tuneldə işlərin aparıldığını, oradan davamlı şəkildə qrunt çıxarıldığını iddia edirlər. Ekspertlərin qənaətinə görə, bu, Şimali Koreyanın aktiv şəkildə nüvə sınağına hazırlaşmasını ifadə edir.
Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında KXDR Pxungeridə yerləşən poliqonda gücü təxminən 250 kiloton olan istilik nüvə mərmisini sınaqdan keçirib.
Ağalar Qəribov
Ordu.az